Ermənistan müxalifəti parlamenti BAYKOT ETDİ

Ermənistan müxalifəti parlamenti BAYKOT ETDİ

Hazırda oxunan: Ermənistan müxalifəti parlamenti BAYKOT ETDİ

93026

Ermənistanda müxalifət fraksiyası parlament sessiyalarında iştirak etməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə müxalif “Hayastan” fraksiyasının bəyanatında bildirilir.

“Əminik ki, hakimiyyət dəyişikliyi zəruri şərtdir və bu halda ancaq ölkəmizin qarşısında duran problemləri həll etmək, sınaqlardan çıxmaq, məğlubiyyət səhifəsini bağlamaq və rüsvay olunmuş vəziyyətdən azad olmaq olar.
Ermənistan özünü dünyaya məğlubiyyət və rüsvayçılıq simvolu olan sima ilə təqdim edə bilməz. Yalnız Ermənistanın maraqlarını təmsil edən yeni danışıqlar aparan şəxs real və ləyaqətli sülhü təmin edə və ölkəmizi inkişaf yoluna apara bilər. Bu səbəbdən, “Hayastan” fraksiyası yeni bir dəyişikliyə qədər Milli Məclisin sessiyalarında iştirak etməkdən imtina edir”, - deyə bəyanatda qeyd ounur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO