“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, İran İslam Respublikası və Rusiya Federasiyası arasında birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.
Bizim.Media xəbər verir ki, Şimal-Cənub dəhlizinin potensialından tam istifadə edilərək 2030-cu ilədək 30 milyon ton yük daşınacaq. Şimal-cənub nəqliyyat dəhlizi Hindistanla Rusiyanı birləşdirir.
Həmçinin tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildiriblər.
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Bu Azərbaycanın çoxdan istədiyi məsələ idi:
“Şimal, cənub və şərq dəhlizinin Azərbaycanda birləşməsi onu logistik mərkəz edir. Bu halda logistik sahədə inkişaf gözləniləndir. Şimal-Cənub və Şərq-Qərb yollarının Azərbaycanda kəsişməsi ölkənin həm geosiyasi çəkisini artıracaq, həm də əlavə gəlirlər gətirəcək”.
Natiq Cəfərli qeyd edir ki, əgər bəyannamədə göstərilən maddələrə tam əməl edilsə, Azərbaycan transit yollarından istifadə üzrə regionda üstünlüyü bütünlüklə ələ keçirə bilər.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Region
09:45 / 10.09.2022
İran razılığa gəldi - Azərbaycan BEYNƏLXALQ XAB olmağa bir addım da yaxınlaşdı
Hazırda oxunan: İran razılığa gəldi - Azərbaycan BEYNƏLXALQ XAB olmağa bir addım da yaxınlaşdı
Hazırda oxunan: İran razılığa gəldi - Azərbaycan BEYNƏLXALQ XAB olmağa bir addım da yaxınlaşdı
93008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.