Zəngəzur dəhlizi 5-8 milyon ton əlavə tranzit imkanları yaradır - RƏSMİ

Zəngəzur dəhlizi 5-8 milyon ton əlavə tranzit imkanları yaradır - RƏSMİ

Hazırda oxunan: Zəngəzur dəhlizi 5-8 milyon ton əlavə tranzit imkanları yaradır - RƏSMİ

92943

Zəngəzur dəhlizi Azərbaycan ərazisindən 5-8 milyon ton əlavə tranzit imkanları yaradır.

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu gün Şimal-Cənub dəhlizi ilə yük daşımaları ildə 0,5 milyon ton təşkil edir, perspektivdə bu göstəricini 4 milyon tona çatdırmaq planlaşdırılır.

"Dəmir yolu ilə ortamüddətli perspektivdə yük daşımalarını 6 milyon tona, uzunmüddətli perspektivdə 20 milyon tona çatdırmaq nəzərdə tutulur", - deyə o bildirib.

Nazir müavini əlavə edib ki, yaxın zamanlarda İranla Azərbaycan sərhədində körpünün tikintisinin başa çatması gözlənilir.

"Bundan başqa, Azərbaycan ərazisi ilə Rusiya sərhədinədək avtomobil yolununun tikintisinin başa çatması gözlənilir. Biz müxtəlif istiqamətlərdə, o cümlədən Zəngəzur dəhlizində avtomobil və dəmir yollarının tikintisini aparırıq. Horadiz-Ağbənd avtomobil və dəmir yolunun 2023-cü ildə tikilməsi planlaşdırılır", - R.Hümmətov deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO