Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan sülh müqaviləsindən danışıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Rusiya XİN nümayəndəsi bununla bağlı Rusiyanın rəsmi Bakı və İrəvanla əməkdaşlığı, fəallığı və iş rejiminin tempi azaltmadığını deyib:
MÖVZU İLƏ BAĞLI:
Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesindən danışdı
"Son bir neçə ildə yüksək və ali səviyyədə, diplomatlar və qurumlararası və yeni formalaşdırılan təmaslar mexanizmləri səviyyəsində təmasların intensivliyi bunu bir daha təsdiq edir".
O, Rusiya XİN-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıda səfərdə olduğunu bildirib. Onun sözlərinə görə, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gedib:
“Yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana səfər etməyi planlaşdırır”.
Bizim.Media