İnterpol Serj Sarkisyanın kürəkəninin AXTARIŞINI DAYANDIRDI

İnterpol Serj Sarkisyanın kürəkəninin AXTARIŞINI DAYANDIRDI

Hazırda oxunan: İnterpol Serj Sarkisyanın kürəkəninin AXTARIŞINI DAYANDIRDI

92812

İnterpol Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın axtarışını dayandırıb.

Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, M.Minasyan vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz varlanma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatların verilməsində təqsirli bilinir. 
2020-ci il martın 17-də onun barəsində cinayət işi açılıb, beynəlxalq axtarışa verilməsi üçün müvafiq sənədlər və faktlar İnterpola təqdim edilib.

“M.Minasyanın 2022-ci il iyulun 7-də İnterpola müraciətinə baxıb, qurum onun beynəlxalq axtarışını dayandırmaq qərarı verib", - deyə Ermənistan Baş Prokurorluğundan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO