Paşinyan həbs edilən Qarabağın sabiq “müdafiə naziri” haqda İLK DƏFƏ danışdı

Paşinyan həbs edilən Qarabağın sabiq “müdafiə naziri” haqda İLK DƏFƏ danışdı

Hazırda oxunan: Paşinyan həbs edilən Qarabağın sabiq “müdafiə naziri” haqda İLK DƏFƏ danışdı

92794

“Heç kim Ermənistan ordusunu “günah keçisi” etmək fikrində deyil. İstintaq orqanlarına 44 günlük müharibənin şəraiti ilə bağlı bütün həqiqəti üzə çıxarmaq vəzifəsi qoyulub”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokun erməni icmasının nümayəndələri ilə görüşündə Qarabağ separatçılarının keçmiş komandanlarına qarşı səs-küylü cinayət işlərinə münasibət bildirərkən deyib. 

“Generallar - Mikael Arzumanyan (Qarabağın sabiq “müdafiə naziri” və Arayik Arutyunyanın baş müşaviri) və Cəlal Arutyunyana (“Qarabağ ordusu”nun sabiq komandanı) qarşı cinayət işi başlanıb. Onlar vəzifə səhlənkarlığında ittiham olunurlar. İstintaqa görə, Arzumanyanın hərəkətləri ermənilərin Şuşa şəhərini qoruya bilməməsinə gətirib çıxarıb.
Ümumiyyətlə, bütün suallara cavab tapmaq son dərəcə vacibdir. Mənə elə gəlir ki, müharibənin nəticəsi başqa cür ola bilərdi. Niyə bizim üçün hər şey başqa cür oldu?! Müharibənin fərqli nəticəsi ilə maraqlanan qüvvələr mümkün olan hər şeyi etdilər.

Onların son məqsədi Ermənistanda hakimiyyət dəyişikliyi idi”, deyə o vurğulayıb.

Paşinyan əlavə edib ki, onun sözləri əsassız deyil, konkret faktların təhlilinə əsaslanır. 

Ermənistan hökumətinin başçısı ümid edir ki, hüquq-mühafizə orqanları istintaqda kifayət qədər obyektiv olacaq.

“Şuşa işində həbs olunan şəxs var.  Mən indi başa düşə bilmirəm, Şuşanı kim qoruyub?”, - Ermənistanın baş naziri bildirib.

O, müharibədə baş verənləri sona qədər açacağına söz verib.

"Orden və rütbələrindən asılı olmayaraq heç bir mərhəmət və bağışlanma olmayacaq" deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO