İranda kütləvi etirazlar və xaos proqnozu - Milli Müdafiə İnstitutundan XƏBƏRDARLIQ

İranda kütləvi etirazlar və xaos proqnozu - Milli Müdafiə İnstitutundan XƏBƏRDARLIQ

Hazırda oxunan: İranda kütləvi etirazlar və xaos proqnozu - Milli Müdafiə İnstitutundan XƏBƏRDARLIQ

92380

İran Milli Müdafiə İnstitutunun araşdırmasında xalq arasında geniş yayılmış narazılığın təzahürü kimi “iğtişaşlar, xaos, kütləvi etirazlar” qeyd edilib. İranda “milli təhlükəsizlik” mövzusunda aparılan araşdırma narazılıq və etirazların artdığını üzə çıxarıb.  

Bizim.Media-nın “Azad İran” “Telegram” kanalına istinadən məlumatına görə, qurum İslam Respublikası hakimiyyətinə xəbərdarlıq edib ki, yenidən genişmiqyaslı etirazlar baş verərsə, hər dörd iranlıdan üçü bu etirazlarda iştirak edəcək.  

İran Milli Müdafiə və Strateji Araşdırmalar İnstitutu və Ali Tədqiqat İnstitutunun rüblük jurnalında dərc olunan araşdırmada 2017-cı ilin yanvarında, 2018-ci ilin noyabrında baş verən etirazlara və ölkənin hazırkı durumuna nəzər salınıb.
Bildirilib ki, ölkədə iqtisadi böhranın davam etməsi, ədalətsizlik və bərabərsizlik hisslərinin kəskin artması ilə İran cəmiyyətində etirazlar yenidən təşkil olunarsa, xalqın yalnız 25%-i buna passiv yanaşacaq və qalan 75%-ə yaxını etirazlarda iştirak edəcək.  

Araşdırmanın nəticələrinə görə, ölkənin mövcud durumundan, xüsusən də iqtisadi, siyasi, sosial və mədəni sahələrdə narazılıq səviyyəsi yüksəkdir və əhalinin ən azı 76%-i müxtəlif sahələrdə ədalətsizlik və sosial bərabərsizlik hiss edir.

Araşdırmada İran hakimiyyətinə xəbərdarlıq edilib ki, narazılığı azaltmaq və yayılmasının qarşısını almaq üçün “siyasi idarəçilik” və “sosial ədaləti” ən azı “inzibati və təşkilati qaydalar" vasitəsilə həyata keçirsinlər.  

Həmçinin qeyd edilib ki, riskli vəziyyətdə İran cəmiyyətinin kütləvi, qeyri-mütəşəkkil, gözlənilməz, şiddətli və lidersiz üsyan təhlükəsi realdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO