İranın Cənubi Azərbaycan NARAHATLIĞI – Rəsmilərimizin çıxışları niyə təhrif olunur?

İranın Cənubi Azərbaycan NARAHATLIĞI – Rəsmilərimizin çıxışları niyə təhrif olunur?

Hazırda oxunan: İranın Cənubi Azərbaycan NARAHATLIĞI – Rəsmilərimizin çıxışları niyə təhrif olunur?

92352

İran mətbuatı Azərbaycana qarşı xoşagəlməz kampaniyaların aparılması işlərinə uzun müddətdir ki, start verib. Son dövrlərdə isə daha kəskinləşən bu tendensiya bu həftə də davam edib.

İran mətbuatında Azərbaycanla bağlı son həftə ərzində dərc edilmiş yazıların sayı kifayət qədər olsa da, istiqamətlər demək olar ki, eyni yöndədir. Bundan əlavə dezinformasiyaların çoxluğu da diqqətdən yayınmayıb.

İranın Zəngəzur qorxusu 

Yazılarda artıq adət halını alan Zəngəzur dəhlizi əleyhinə dezinformasiyaların tirajlanması ilə yanaşı, “donyaye-eqtesad” qəzetində rəsmi Bakı ilə Tehran arasında yenidən gərginlik yaşanması və bunun səbəblərinə toxunulub. Məqalə sonradan olduğu kimi “radare-eqtesad” nəşrində də dərc olunub.
 

MÖVZU İLƏ BAĞLI:

İran QIRMIZI XƏTTİN hansı tərəfindədir? - Qafandakı konsulluğun ötürdüyü VACİB MESAJ


Sentyabrın 3-də isə İranın rəsmi informasiya agentliyi olan İRNA-da isə siyasi ekspert Əhməd Kazıminin Zəngəzur dəhlizi ilə əlaqədar dezinformasiyalarla dolu məqaləsi dərc edilib.

Məqalə o qədər “rəğbət” doğurub ki, sonradan İran Dövlət Teleradio Şirkətinin informasiya agentliyi- İRİB, “Əl-Aləm” TV-nin informasiya agentliyi  və “xəbər online” xəbər agentliyi  kimi informasiya resursları, eyni zamanda Tehranın “Əbrare-Moaser” və “Qafqaz Araşdırmaları” İnstitutlarının saytlarında da olduğu kimi yerləşdirilib. 

Əhməd Kazıminin məqalə ilə Əfşar Süleymaninin sentyabrın 1-də “sənaye dünyası” qəzetində yayımlanan məqaləsində Zəngəzur dəhlizinin İrana təhdidlər törətmədiyinə dair səsləndirdiyi fikirlərə qarşı tezislərlə çıxış etməyə çalışması açıq-aydın sezilir.

O, yeni məqaləsində Zəngəzur dəhlizi ilə bağlı uzun müddətdir səsləndirdiyi və yazılarında irəli sürdüyü “Turan dəhlizi”, dəhlizin NATO, İngiltərə və “qlobal sionizm”in layihəsi olması, eləcə də onun Çin, Rusiya və İranın milli təhlükəsizliyinə qarşı “törətdiyi təhdidlər”lə bağlı dezinformasiyaları yenidən təkrarlayıb.

O, eyni zamanda Naxçıvanla Türkiyəni birləşdirən Qarasu bölgəsinə də ərazi iddiası ilə çıxış edib.

Əhməd Kazımi daha da irəli gedərək, Vətən müharibəsinin “Qarabağın azad edilməsi üçün deyil”, Zəngəzur dəhlizini açmaq üçün baş tutduğunu iddia edib.

Ekspert Zəngəzur dəhlizinin İran, Çin və Rusiyanın təhlükəsizlik, tranzit, enerji və digər iqtisadi maraqlarına “vuracağı zərbələr”dən də bəhs edib.

O, Zəngəzur dəhlizini “şiəliyi məhv etməyə”, Azərbaycan Respublikasında “azəri milli kimliyini türkləşdirməyə”, eləcə də Azərbaycanla İran arasında mövcud olan tarixi, dini və mədəni bağları qoparmağa hədəflənmiş layihə kimi qələmə verib.
Əhməd Kazıminin fikrincə, Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyünü pozacaq və bu ölkənin gələcək mövcudiyyətini sual altına salacaq.

Cənubi Azərbaycan narahatlığı...

Digər iranlı ekpert Salar Seyfəddini isə iddia edib ki, Cənubi Azərbaycan məsələsi ilə rəsmi Bakının prosesləri İranın daxilinə yönəltmək və beynəlxalq arenada İranı nüfuzdan salmaq məqsədi güdür.

Ekspert Azərbaycanın Qarabağ zəfərini şərh edərkən ölkə rəhbərliyi və xalqını təqdir edib. Seyfəddini Bakı və Tehran arasında münasibətlərin korlanmasında Türkiyə, İsrail və Pakistanın rolunun olduğunu da bildirib.

İranın Azərbaycan Respublikasındakı sabiq səfiri və ekspert Əfşar Süleymani Azərbaycan mətbuatında Cənubi Azərbaycan məsələsinin qabardılmasını şərh edib. O, nə Azərbaycanın Dövlət Başçısının, nə də hər hansısa digər bir rəsmisinin İrana qarşı ərazi iddiası irəli sürmədiyini bildirib.

Mətbuatın yazdığını iranlı diplomat Əbülfəz Zöhrəvəndin Azərbaycana qarşı ərazi iddialarına cavab olduğunu, heç bir tərəfin digərinə qarşı ərazi iddiası irəli sürməsinin doğru olmadığını qeyd edib.

Sabiq Səfir Azərbaycanın bəyanatlarının xitab etdiyi ölkənin İran deyil, təzyiq məqsədilə Ermənistan olduğunu, Azərbaycan Prezidentinin bəzi çıxışlarının İranda düzgün təqdim edilmədiyini vurğulayıb.
Ümumilikdə isə, Zəngəzur dəhlizinin açılması və Cənubi Azərbaycanın İranın “yaralı yeri” olduğu cənub qonşumuzun mediasında özünü bariz şəkildə nümayiş etdirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO