Ruben Vardanyanın Qarabağa gəlməsinin MƏQSƏDİ

Ruben Vardanyanın Qarabağa gəlməsinin MƏQSƏDİ

Hazırda oxunan: Ruben Vardanyanın Qarabağa gəlməsinin MƏQSƏDİ

92071

Xəbər verdiyimiz kimi, erməni əsilli məşhur rusiyalı iş adamı Rusiya vətəndaşlığından imtina edərək Qarabağa yaşamağa gəlib. Rusiyanın məşhur ictimai-siyasi “Svobodnaya pressa” (Azad mətbuat) nəşrinin köşə yazarı İqor Moiseyev “Ruben Vardanyanın “Kubik Rubik”i” adlı  məqalə yazıb.

Bizim.Media xəbər verir ki, jurnalistin fikrincə, onun əsas məqsədi Ermənistanın baş naziri kürsüsünə qalxmaqdır.

“Ermənistanda tamamilə anti-Rusiya mövqeyində olan Paşinyan hakimiyyətə gələndə Vardanyan Ermənistan və Rusiyanın siyasi meydanında nə eşidilib, nə də görünüb.

Marqarita Simonyan, Karen Şahnazarov, Semyon Baqdasarov və erməni diasporunun digər tanınmış simalarından fərqli olaraq o, Ermənistanın yeni təyin olunmuş rəhbərinin anti-Rusiya siyasətinə münasibət bildirməyib. Yəqin bu, ona sərf edib. Bəlkə də Nikola ümid bəsləyib. Bunu isə heç vaxt bilməyəcəyik.
Vardanyan böyük siyasətə qoşulmaq üçün ilk real müraciətini Qarabağ müharibəsi zamanı edib. Azərbaycan ordusu bütün cəbhələrdə erməni ordusuna qalib gələndə  Ruben Karlenoviç Putinə açıq məktubla müraciət edərək, Ermənistanın maraqlarını qorumaq üçün Rusiya ordusunun Qarabağa göndərilməsini istəyib.

Üstəlik, o, bu mövqeyini dəstəkləmək üçün bir dənə də olsun sağlam arqument gətirməyib. Ümumiyyətlə, ciddi bir siyasətçi üçün bu cür müraciət sanki uşaq bağçasına bənzəyirdi...

Belə bir təəssürat yaranır ki, bu məktub sırf populist xarakter daşıyıb. Ruben Karlenoviç o vaxt Qarabağ haqda düşünməyib. Əks halda, o, başqa bir məktub da yaza bilərdi. Məsələn, “əziyyət çəkən” erməni xalqını xilas etməyi xahiş edərdi” - deyə köşə yazarı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO