"Qorxudan bunkerlərdə gizlənən əsgərin şalvarı üzrə ən böyük mütəxəssis, cəbhə xəttinin nə olduğunu bilirsənmi? Heç düşmənin 50 metrliyində və ya daha yaxın olmusanmı?”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, “Xocalı qatili” Seyran Ohanyan baş nazir Nikol Paşinyan haqqında danışarkən deyib:
“Azərbaycanlılar bu gün dünyanın ən müasir texnologiyası ilə təchiz olunaraq bizim müdafiə xəttini yardılar. Biz inanmırdıq ki, istər düzənlikdə, istərsə də, meşələrdə gücləndirdiyimiz müdafiə xəttini keçə bilərlər. Onların müasir rabitə sistemi bizim səs siqnallarını sıradan cıxardı”.
Daha sonra Ohanyan Paşinyanın “Ohanyan xətti”nin möhkəmliyinə lağ etməsinə də toxunub.
“Sən mənim nəzarətimlə hazırlanan 185 kilometrlik müdafiə xəttinə getdinmi? İnanmıram, gedə bilərsən. Buna sənin nə cəsarətin çatar, nə də bu gündən sonra haqqın var”.
Ermənistanın Azərbaycanla müharibədə məğlub olmasının yeganə səbəbkarının Paşinyan olduğunu bildirən “Xocalı qatili” onun dərhal istefa verməsini tələb edib:
“Sən bu gün Azərbaycanda olan əsir əsgərlərimizin sayı ilə əxlaqsızcasına manipulyasiya edirsən".
"Bu gün Ermənistanın rəhbəri kimi, ilk növbədə terrorçu kimi tutulan erməni əsgərlərinin və vətəndaşlarının ekstradisiyasını həll etməliydin".
"Lakin sən nə işlə məşğulsan? Keçmiş sarı mətbuatın nümayəndəsi kimi parlamentdə dedi-qodu edirsən".
"Erməni xalqının və dövlətimizin xilası üçün getməlisən!”.
İltifat, Bizim.Media
- A-
- A
- A+
Region
12:44 / 21.01.2021
Seyran Ohanyan Paşinyanı təhdid etdi: “Getməlisən!”
Hazırda oxunan: Seyran Ohanyan Paşinyanı təhdid etdi: “Getməlisən!”
Hazırda oxunan: Seyran Ohanyan Paşinyanı təhdid etdi: “Getməlisən!”
9170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.