Ermənistanın baş prokuroru Artur Davtyan dövlətə xəyanətə görə ölüm cəzasının tətbiqini təklif edir.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, dövlətə xəyanət faktları üzrə başlanmış cinayət işinin materiallarının tədqiqi göstərir ki, düşmən (Azərbaycan nəzərdə tutulur) xüsusi müasir texnologiya və üsullardan istifadə etməklə Ermənistan vətəndaşlarını agent kimi “işə götürür”.
Bu cinayətə görə cəzanın sərtləşdirilməsi məsələsi ön plana çıxmalıdır, çünki bölgədəki vəziyyət bunu diktə edir.
Baş Prokurorluğun apardığı araşdırma göstərib ki, Ermənistanın ölüm hökmünü tamamilə ləğv etmək üçün beynəlxalq hüquqi öhdəliyi yoxdur.
Baş prokuror belə dəyişikliklərin edilməsi təklifi ilə Konstitusiyaya Dəyişikliklər Şurasının rəhbəri, ədliyyə naziri Karen Andreasyana müraciət edib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:09 / 01.09.2022
Ermənistanın baş prokuroru ölüm cəzasının tətbiqini təklif etdi
Hazırda oxunan: Ermənistanın baş prokuroru ölüm cəzasının tətbiqini təklif etdi
Hazırda oxunan: Ermənistanın baş prokuroru ölüm cəzasının tətbiqini təklif etdi
91564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.