Azərbaycan vətəndaşlığını istəyən Ermənistanın iki vətəndaşı Vaqe Qəmbəryan və İşxan Verdyana qarşı cinayət işi başlanıb.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan özünün Facebook səhifəsində bildirib.
“Milli Təhlükəsizlik Xidməti (MTX) ilə birgə həyata keçirilən tədbirlər nəticəsində 2022-ci il avqustun 10-da MTX-nin istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iki ayrı-ayrılıqda iki cinayət işi başlanıb.
Ermənistanın iki vətəndaşı - Vaqe Qəmbəryan və İşxan Verdyan “düşmən tərəfinə keçmək, casusluq yolu ilə dövlətə xəyanət etmək” maddələri ilə ittiham edilirlər. Sübut edilib ki, Ermənistan vətəndaşı V.Q. və Türkiyənin İstanbul şəhərində yaşayan İ.V. xarici dövlətin xüsusi xidmət orqanları tərəfindən agent kimi “işə götürülüblər”. V.Q. öz təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları ilə əlaqə yaradıb.
Onlar ayrı-ayrılıqda müxtəlif rabitə vasitələri ilə Ermənistan vətəndaşlığından çıxmaq və Azərbaycan vətəndaşlığını almaq məqsədi ilə Azərbaycan prezidentinə müraciət ediblər.
Avqustun 18-də prokuror toplanmış sübutlar əsasında onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı İrəvanın ümumi yurisdiksiya məhkəməsinə vəsatət göndərib. Həmçinin, həmin vətəndaşların axtarışı üçün Ermənistan polisinə göstəriş verilib. İstintaq davam edir”, - İrəvan mətbuatı qeyd edib.
Qeyd edək ki, Verdyan və Qəmbəryana qarşı cinayət işinin başlanması Azərbaycanla sülh haqqında düşünən Ermənistan vətəndaşlarını qorxutmaq məqsədini daşıyır.
Bizim.Media
- A-
- A
- A+
Region
12:23 / 31.08.2022
Azərbaycandan vətəndaşlıq istəyən 2 erməni axtarışa verildi
Hazırda oxunan: Azərbaycandan vətəndaşlıq istəyən 2 erməni axtarışa verildi
Hazırda oxunan: Azərbaycandan vətəndaşlıq istəyən 2 erməni axtarışa verildi
91314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.