Azərbaycan və Ermənistan nazir müavinləri MOSKVADA GÖRÜŞDÜ

Azərbaycan və Ermənistan nazir müavinləri MOSKVADA GÖRÜŞDÜ

Hazırda oxunan: Azərbaycan və Ermənistan nazir müavinləri MOSKVADA GÖRÜŞDÜ

91213

Bu gün Moskvada Baş nazirin müavini Şahin Mustafayev və ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi altında Azərbaycan-Ermənistan sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının, dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iclasdan öncə Rusiya Federasiyası Hökümətinin sədri A.Overçuk Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb. O, komissiyaların işinin davam etdirilməsini alqışlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın növbəti görüşü keçirilir


Tərəflər təşkilati və prosedur məsələləri müzakirə ediblər, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə fikir mübadiləsi aparıblar.

Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.

Üçüncü görüşün razılaşdırılmış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO