“Bir günün içində barışa bilərik, əgər Putin istəsə” - Müşavir

“Bir günün içində barışa bilərik, əgər Putin istəsə” - Müşavir

Hazırda oxunan: “Bir günün içində barışa bilərik, əgər Putin istəsə” - Müşavir

9100

“Rusiya və Ukrayna bir gündə barışa bilər, münaqişənin açarı Putinin əlindədir”.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin informasiya siyasəti üzrə müşaviri Aleksey Arestoviç deyib. "Çox gözəl başa düşürəm ki, biz bir günün içində barışa bilərik. Əgər dünyada bir nəfər qərar verərsə - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin. Münaqişənin həlli onun əlindədir”-deyə o qeyd edib.

Aleksey Arestoviç ABŞ-ın yeni prezidenti Co Baydenlə yanaşı, Avropadan gələn sanksiya və təzyiqlərə də ümid bağladığını söyləyib:

"İndi ümid edirəm ki, ABŞ-ın yeni rəhbərliyi müsbət dəyişikliklərə doğru təzyiqlər göstərəcək”,-deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO