Türkiyənin "Baykar Teknoloji" şirkəti tərəfindən hazırlanan "Bayraktar Kızılelma" pilotsuz təyyarəsi avqustun 30-da Samsun şəhərində ilk dəfə ictimaiyyətə təqdim olunacaq.
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, təqdimat çərşənbə axşamı komandaların final yarışlarının başlamasının planlaşdırıldığı TEKNOFEST KARADENİZ (Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı) çərçivəsində baş tutacaq.
TEKNOFEST Təşkilat Komitəsinin baş katibi Ömər Kökçam bildirib ki, pilotsuz təyyarə artıq Samsunda festivalın keçiriləcəyi yerə çatdırılıb.
“Əminəm ki, sınaq uçuşları 2023-cü ilə planlaşdırılan yerli pilotsuz təyyarə xalqımızın daha bir qürur obyektinə çevriləcək”, - Kökçam bildirib.
Onun sözlərinə görə, festivalın iştirakçıları və qonaqları “Bayraktar Kızılelma” ilə yanaşı, türk texnologiya şirkətlərinin bir sıra məhsullarını, o cümlədən Gökbey helikopterini, Hürkuş təyyarəsini, “Akıncı və Bayraktar TB2” zərbə PUA-larını görə biləcəklər.
Bizim.Media
- A-
- A
- A+
Region
16:35 / 29.08.2022
Türkiyənin “Kızılelma” pilotsuz təyyarəsi ilk dəfə ictimaiyyətə təqdim ediləcək
Hazırda oxunan: Türkiyənin “Kızılelma” pilotsuz təyyarəsi ilk dəfə ictimaiyyətə təqdim ediləcək
Hazırda oxunan: Türkiyənin “Kızılelma” pilotsuz təyyarəsi ilk dəfə ictimaiyyətə təqdim ediləcək
90987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.