Paşinyan: \

Paşinyan: \"20 yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdim\" - FOTO

Hazırda oxunan: Paşinyan: \"20 yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdim\" - FOTO

9097

Erməni mətbuatı baş nazir Nikol Paşinyanın 1998-ci ildə Bakıda baş verən 20 yanvar faciəsi haqqında “Molorak” qəzetində çap edilən məqaləsini yayımlayıb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, onun jurnalist kimi fəaliyyət göstərdiyi zamanlarda yazdığı məqalədə 20 yanvar şəhidlərinin xatirəsi qarşısında ehtiramla təzim etdiyi də qeyd olunub.

Paşinyanın 11 fevral 1998-ci il tarixdə yayımlanan məqaləsi “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqdır” başlığı altında yayımlanıb.

Məqalədə Nikol Paşinyan, hər dəfə Azərbaycan və Türkiyənin günahsız qurbanlarına gəldikdə ermənilərin niyə şüurlarının qarışdığı haqqında özünə sual verir. Erməni mətbuatı Paşinyanın yazısını bu sözlərlə bitirdiyini vurğulayıb:

"1990-cı il 20 yanvarda Bakıda şəhid olan qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad etdim".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO