İrəvanda qətl: Hindistanlı tələbənin cəsədi tapıldı

İrəvanda qətl: Hindistanlı tələbənin cəsədi tapıldı

Hazırda oxunan: İrəvanda qətl: Hindistanlı tələbənin cəsədi tapıldı

90796

İrəvanda tikinti materialları pavilyonunun yaxınlığında çoxsaylı bədən xəsarətləri olan Hindistan vətəndaşının meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Shamshyan.com kriminal xəbər saytı məlumat yayıb.

Cinayət barədə avqustun 28-də səhər tezdən polisə məlumat verilib. Hadisə Erebuni inzibati rayonunda, David Bek küçəsində baş verib.

Faciə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları başından çoxsaylı xəsarətlər almış gənc oğlanın cəsədini, yaxınlıqda qan izləri olan metal qırıntılarını aşkar ediblər. 

Nəşrin məlumatına görə, zərərçəkmiş İrəvan universitetlərindən birində təhsil alıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO