Qazaxstan Ermənistanda benzini “ucuzlaşdıracaq”...

Qazaxstan Ermənistanda benzini “ucuzlaşdıracaq”...

Hazırda oxunan: Qazaxstan Ermənistanda benzini “ucuzlaşdıracaq”...

9079

Ermənistan hakimiyyəti Qazaxıstandan ixrac olunan neft və neft məmulatlarına tətbiq olunan idxal vergisini ləğv etməyə hazırlaşır.

Bizim.Media-nın “Sputnik Armeniya”ya istinadən yazdığına görə, bu barədə Ermənistanın Ərazilərin idarəetməsi nazirinin müavini Vaçe Terteryan deyib. Onun sözləri nə görə, artıq rəsmi Nur-Sultanla bu barədə razılığa gəlinib.

Nazir müavini bildirib ki, bu razılıq Ermənistanın neft bazarında rəqabəti artıracaq. Dolayısı ilə neftin qiymətinin daha da ucuzlaşmasına səbəb olacaq. 

Ekspertlər isə, Paşinyan hökumətinin üzdə nə qədər Rusiyanın vassallığını qəbul etdiyini göstərsə də bu addımla guya Ermənistan neft bazarının Rusiyanın inhisarından azad etməsini planlaşdırdığını düşünürlər.

Lakin onun Qazaxıstanla iş birliyi Rusiya benzinindən birbaşa asılı olan Ermənistanda qiymətlərin qalxacağına səbəb olacaq.

Bzim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO