Türkiyəli yazar “Qarabağ” yanlışına görə ÜZR İSTƏDİ

Türkiyəli yazar “Qarabağ” yanlışına görə ÜZR İSTƏDİ

Hazırda oxunan: Türkiyəli yazar “Qarabağ” yanlışına görə ÜZR İSTƏDİ

90547

Canlı yayımda “Qarabağ” futbol klubunu Ermənistan komandası adlandıran Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç etdiyi səhvə görə üzr istəyib. 

Bizim.Media xəbər verir ki, o bu barədə “Twitter” hesabında yazıb. 

“Sevgili qardaşlarım. Qəzəbinizi anlayıram. Canınız sağ olsun. Gecə 01:30-da, günün yorğunluğu səbəbilə çaşdım. Qarabağ  - Qaradağ deyərkən qarışdırdım. İncitdimsə, üzr istəyirəm. Haqqınızı halal edin” – deyə Bilgiç paylaşımda qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli idman yazarından SƏHV - "Qarabağ" Ermənistan komandası deyilmi?” - VİDEO 


Məlumat üçün bildirək ki, Bilgiç "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib.

O, “Fənərbağça"nın qrup mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən, "Qarabağ" Ermənistan komandası deyilmi" söyləyərək, yanlışlığa yol verib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO