İran televizyasının tanınmış qadın aparıcısı Rozita Qubadı verilişin qonağı tərəfindən baş verən “səhv”ifadəyə görə işdən qovulub.
Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, İranın “Şəbəkə 2” kanalının Rozita Qubadinin aparıcısı olduğu “Haşiyə 24” verilişində qonaq olan həkim koronovirus dövründə stress atmaq üçün vətəndaşlara evdə şeir oxumağı və rəqs etməyi məsləhət bilib.
Aparıcı xanım qonağın sözünü kəsməyə çalışsa da “rəqs” ifadəsi efirdə səslənib. Bir gün sonra Rozita Qubadi bu ifadənin səslənməsinin qarşısını ala bilmədiyi üçün izləyicilərdən üzr istəyib.
Lakin bu, aparıcı xanımın işdən qovulmasının qarşısını ala bilməyib.
Bizim.Media