Paşinyanla II Qaregin arasında münaqişə dərinləşir

Paşinyanla II Qaregin arasında münaqişə dərinləşir

Hazırda oxunan: Paşinyanla II Qaregin arasında münaqişə dərinləşir

90137

Ermənistanda baş nazir Nikol Paşinyanla katolikos II Qaregin arasında münaqişə dərinləşir.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, onların arasında “qara pişiyin keçməsi” Paşinyanın bu il avqustun 21-də katolikosu ad günü münasibətilə təbrik etməməsidir. 

Baxmayaraq ki, əvvəlki üç ildə Paşinyan II Qaregini “operativ şəkildə” təbrik edib, “Erməni Apostol Kilsəsinin xalqın həyatında böyük əhəmiyyətini və rolunu” vurğulayıb.

Onların münasibətlərində fikir ayrılığı Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra, katolikos hökuməti açıq şəkildə tənqid etməyə başlayanda başlayıb. Bəzi məlumatlara görə, hökumətin nəzarətində olan media və ictimai xadimlərə katolikosun fəaliyyətini heç bir şəkildə işıqlandırmamaq tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO