Gürcüstanda beynəlxalq hərbi təlimlər keçiriləcək

Gürcüstanda beynəlxalq hərbi təlimlər keçiriləcək

Hazırda oxunan: Gürcüstanda beynəlxalq hərbi təlimlər keçiriləcək

90118

Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

2400 nəfərdən çox hərbçinin qatılacağı təlimlər "Noble Partner 2022" ("Layiqli partnyor 2022") adı altında baş tutacaq.

Təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlığın və qarşılıqlı uyğunluğun artırılmasıdır.
Nazirlikdən bildirilib ki, hərbi təlimlərdə Azərbaycan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa hərbçiləri, Litvanın çoxmillətli briqadası iştirak edəcək. Təlimlərin başlama tarixi açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO