Akar: “Türkiyəni Suriyada heç nə dayandıra bilməz”

Akar: “Türkiyəni Suriyada heç nə dayandıra bilməz”

Hazırda oxunan: Akar: “Türkiyəni Suriyada heç nə dayandıra bilməz”

90035

“Dövlətin və onun sərhədlərinin təhlükəsizliyini təmin edəcək addımlar Türkiyənin qanuni haqqıdır”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında yeni antiterror əməliyyatı ehtimalını şərh edərkən deyib.

“Türkiyə təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atacaq. Belə olub, belə də olacaq! Bizi heç nə dayandıra bilməz. Terrorçuları kimin dəstəkləməsindən asılı olmayaraq tədbirlər görüləcək”. “Anadolu” onun sözlərindən sitat gətirib.
Nazir bəyan edib ki, Türkiyənin yeganə məqsədi terrorçuları məhv etməkdir. “Əməliyyat Ankara üçün doğru zamanda və lazımi yerdə həyata keçiriləcək”, - deyə o, əmin edib.

Hulusi Akar Ankaranın bölgədəki maraqlarını müdafiə etməkdə qərarlı olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO