Türkiyədə 20 nəfərin ölümünə səbəb olan sürücülər həbs edildi

Türkiyədə 20 nəfərin ölümünə səbəb olan sürücülər həbs edildi

Hazırda oxunan: Türkiyədə 20 nəfərin ölümünə səbəb olan sürücülər həbs edildi

89832

Avqustun 20-də Türkiyənin Mardin vilayətinin Derik rayonunda biri polis əməkdaşı olmaqla, 20 nəfərin ölməsi ilə nəticələnən avtomobil qəzasına səbəb olan hər iki qoşqulu yük maşınının sürücüsü həbs edilib.

Bizim.Media xəbər verir ki, hər iki sürücü verdikləri ifadələrində bölgəyə aparan yolda yoxuşu enərkən əyləclərinin işləmədiyini bildiriblər.

Sürücülər aparılan məhkəmə prosesi nəticəsində “ehtiyatsızlıqdan birdən çox insanın ölümünə və yaralanmasına səbəb olmaq” maddəsi ilə həbs edilib.
Qəza zamanı yaralanan sürücülərin müalicəsi ölkənin Diyarbəkir vilayətində davam edir.

Avqustun 22-də Türkiyədə daha bir neçə avtomobil qəzası baş verib. Belə ki, Muğlanın Seydikemer rayonunda arı pətəkləri ilə dolu yük maşınının və minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daha bir nəqliyyat hadisəsi Bursada meydana gəlib. Burada qəzaya uğrayaraq yol kənarında dayanan furqona çırpılan bələdiyyə avtobusu dərəyə aşıb. Hadisə nəticəsində 21 nəfər yaralanıb.
Digər yol-nəqliyyat hadisəsi isə Amasyada baş verib. Amasyada kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.

Yaralılar bölgədəki xəstəxanalara çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO