Dünən, avqustun 21-i axşam saatlarında Ermənistanın eks-prezidenti Robert Köçəryan xaricə yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Ölkədən çıxışına qadağa qoyulduğunu nəzərə alsaq, o, hansı məqsədlə və necə gedib? Bu suala aydınlıq gətirmək üçün erməni jurnalistlər eks-prezidentin ofisinin koordinatoru Baqrat Mikoyanla danışıblar.
“Köçəryan dünən ölkəni bir həftəliyə tərk etdi. Sabiq prezidentin vəkillər qrupu növbəti iclasın sentyabrın 20-də keçiriləcəyindən istifadə edərək, icazə almaq üçün məhkəməyə müraciət edib. Məhkəmə avqustun 22-dən 29-dək onun ölkədə olmamasına icazə verib. O, həmin tarixdə geri qayıdacaq”, - deyə Mikoyan qeyd edib.
Ofis koordinatoru Köçəryanın hara və hansı məqsədlə getməsi ilə bağlı təfərrüatı açıqlamayıb, səfərin özəl olduğunu vurğulayıb.
Erməni jurnalistlərin Robert Köçəryanın Rusiyaya gedib-getməməsi ilə bağlı sualına Mikoyan belə cavab verib: “Xeyr, o, Rusiyaya getməyib, başqa ölkəyə yollanıb”.
Xatırladaq ki, Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinin yaxın dostu hesab edilir. Onun Köçəryanın həbsdən azad olunması ilə bağlı Paşinyan hakimiyyətinə müraciət etdiyi iddia edilir.
Bizim.Media
- A-
- A
- A+
Region
15:08 / 22.08.2022
Robert Köçəryan Ermənistanı tərk etdi
Hazırda oxunan: Robert Köçəryan Ermənistanı tərk etdi
Hazırda oxunan: Robert Köçəryan Ermənistanı tərk etdi
89829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.