İranda koronavirusdan ölənlərin sayı azaldı

İranda koronavirusdan ölənlərin sayı azaldı

Hazırda oxunan: İranda koronavirusdan ölənlərin sayı azaldı

8928

İranda son sutka ərzində koronavirusdan daha 83 nəfər vəfat edib, 5 806 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.

Məlumata görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 56 886 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 336 min 217 nəfərə çatıb.

İranda bu günə qədər 1 milyon 125 min 499 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.

Xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 348 nəfərin vəziyyəti ağırdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO