Laçında erməni vandalizmi: PUA-larımız baş verənləri lentə alıb – VİDEOFAKTIAR

Laçında erməni vandalizmi: PUA-larımız baş verənləri lentə alıb – VİDEOFAKTIAR

Hazırda oxunan: Laçında erməni vandalizmi: PUA-larımız baş verənləri lentə alıb – VİDEOFAKTIAR

89094

Laçının demək olar ki, bütün ərazisi boz dumanla örtülüb, yanıq iyi rayondan çox-çox uzaqlara yayılır. Buna səbəb təkcə ermənilər tərəfindən yandırılan yaşayış binaları və sosial infrastruktur deyil, həm də Laçın rayonunun 22 min hektarında yanan meşələrdir.

Yanan meşələrin tüstüsü uzaqdan seyr edilir, eləcə də orada qeyri-qanuni məskunlaşan 21-ci əsrin erməni barbarlarının Laçın, Zabux və Susdan çıxarkən nə etdikləri görünür.

Bizim.Media xəbər verir ki, caliber.az saytı Laçın rayonunda PUA-larımızın  çəkdiyi videogörüntüləri əldə edib. 

Açıq şəkildə görsənir ki, yanan meşələr insan tərəfindən törədilən ekoloji fəlakətdir. Baxmayaraq ki, başqasının evini, ərazisini atəşə verəni insan adlandırmaq çox çətindir. Videoda iki nəfərin meşə zolağının kənarına necə yaxınlaşdığı və dərhal ağ rəngli avtomobillə getdiyi əks olunub.

Bunlar erməni vandallarıdır. Onlar yola düşən kimi, dayandıqları yerdə yeni bir yer alovlanır. Sonra yanğınsöndürən maşın görsənir. Ancaq bu sadəcə görüntü üçündür, çünki "yanğınsöndürənlər" yanğınları söndürmək üçün heç bir tədbir görmürlər.
Əksinə, öz soydaşlarının alovla hər şeyi məhv etmələrinə ləzzətlə baxırlar.

Bu videolar nəyi göstərir? Ermənilər 2020-ci ilin noyabrında Kəlbəcərdə olduğu kimi indi də Laçında məqsədyönlü şəkildə ətrafda olan hər şeyi məhv edirlər və  ekoloji fəlakət yaradırlar, xüsusilə meşələri yandırırlar. Çünki Laçının qədim meşələrini qırıb Ermənistana aparmağa vaxtları yoxdur.

Şübhəsiz ki, Azərbaycan Laçın rayonunu mütləq bərpa edəcək və bura həyat yenidən geri qayıdacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO