Erməni deputat dinc əhalini silahlandırmağa çağırdı - Parlamentdə qalmaqal

Erməni deputat dinc əhalini silahlandırmağa çağırdı - Parlamentdə qalmaqal

Hazırda oxunan: Erməni deputat dinc əhalini silahlandırmağa çağırdı - Parlamentdə qalmaqal

8878

Erməni deputat Sergey Baqratyan sərhəd ərazisində yaşayan sakinlərin silahlandırılmasını təklif edib.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu  barədə parlamentdə çıxışı zamanı deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Bursadakı kilsələrini satışa çıxarıblar - FOTO 


Deputatın fikrincə, bunun üçün qanun layihəsi hazırlanmalıdır.

Parlament üzvü həmkarlarından bölgə sakinlərinə silah paylamalarını xahiş edib. 

"Müəyyən təlim keçdikdən sonra özünümüdafiə üçün vətəndaşların silahdan istifadə edilməsi vacibdir. Hazırda sərhədlərdə baş verən anlaşılmazlıq ucbatından insanlar özlərini inamsız hiss edirlər",- deyə o, bildirib. 

Xatırladaq ki, Ermənistanla Azərbaycan arasındakı sərhədlərin demarkasiyası Zəngəzur mahalında (Sünik) yaşayan sakinlərin etirazına səbəb olub.

Onlar Azərbaycanın haqq tələbinə qarşı növbəti təxribat hazırlamağa cəhd edirlər.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO