\

\"Ermənistan bankları Xankəndini dərhal tərk etməlidir\"

Hazırda oxunan: \"Ermənistan bankları Xankəndini dərhal tərk etməlidir\"

88711

"Qondarma "DQR"in beynəlxalq bank sistemi olmayıb və ola da bilməzdi". 

Bizim.Media xəbər verir ki, bu sözləri AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb.

T. Şahsuvarlı bildirib ki, Xankəndidəki "yerli banklar" cinayətkar sələm təşkilatından başqa bir şey deyil:

"İşğal dövründə Qarabağdakı ermənilərin maliyyət sistemi Ermənistan banklarının hesabına qurulmuşdu. Bu banklar vasitəsi ilə çirkli pullar yuyulurdu və hələ də yuyulur. Azərbaycan Ermənistanın məğlub ordusunun qalıqları ilə yanaşı banklarının da Qarabağı tərk etməsini qəti şərt kimi irəli sürməlidir. Çünki Ermənistanın Azərbaycan ərazisində maliyyə işləri görməsi ilə bağlı bizimlə bir müqaviləsi yoxdur.
Ermənistan bankları Xankəndini dərhal tərk etməlidir. Bizim banklar Xankəndidə öz filiallarını açmalı, eyni zamanda orada Azərbaycan Mərkəzi Bankı tərəfindən qeydə alınan, fəaliyyəti yoxlanıla bilən maliyyə-kredit təşkilatları açılmalı, mübadilə Azərbaycan manatı ilə aparılmalıdır. Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə konkret addımlar atmalıdır. Xankəndi Azərbaycandır!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO