Vitali Balasanyan azərbaycanlı generallara nə söz verdi? - DETALLAR

Vitali Balasanyan azərbaycanlı generallara nə söz verdi? - DETALLAR

Hazırda oxunan: Vitali Balasanyan azərbaycanlı generallara nə söz verdi? - DETALLAR

87935

Qarabağın “təhlükəsizlik şurasının katibi” general Vitali Balasanyan Azərbaycan nümayəndələri ilə birlikdə Laçın şəhərinə və Zabux kəndinə gedib, orada yaşayan sakinlərin evlərini göstərib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı bir gün əvvəl erməni KİV-ləri yayıb.

Balasanyan Azərbaycan tərəfini əmin edib ki, köçürülən ermənilər öz evlərinə ziyan vurmayacaqlar. 

Xatırladaq ki, bundan əvvəl ermənilər işğaldan azad edilmiş Kəlbəcər rayonundan köçürülən zaman evlərini yandırmışdılar.

Laçın və Zabux sakinlərinə bildirilib ki, əmlaklarına ziyan vurmasalar, onların hər birinə mənzil almaq üçün 10 milyon dram (41 min manat - red.) pul veriləcək.

“Kəndin mərkəzinə toplaşan sakinlər Vitali Balasanyanı azərbaycanlı generallarla gəzdiyini görüblər. Üstəlik, onun türklərlə birgə gəzməsi ilk dəfə deyil, Şuşadakı postda da söhbət edib. Azərbaycanlılar evlərimizə baxdılar, Vitali onları əmin etdi ki, heç kim mənzilləri yandırmayacaq, dağıtmayacaq və hər şey öz qaydasında olacaq. Vəziyyətimizi təsəvvür edirsiniz?”. “Aravot” nəşri yerli sakin Satik Asatryandan sitat gətirib.

Bu gün Ermənistan tərəfi Vitali Balasanyanın Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri ilə birlikdə Laçın və Zabux kəndinə səfərini rəsmən təsdiq edib. Məlumatda bildirilir ki, səfər 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın icrası çərçivəsində həyata keçirilib. Vitali Balasanyan Ermənistanı Qarabağla birləşdirəcək yeni marşrut xəttinin tikintisi ilə də tanış olub.
Qeyd edək ki, Vitali Balasanyan Ermənistan hakimiyyətini Azərbaycanla danışıqlara görə xəyanətdə ittiham edən erməni generallarından biridir.

O, işğal altında olan Əsgərandandır. Ən fəal Qarabağ separatçılarından biri olub və Qarabağda azərbaycanlıların etnik təmizlənməsinə şəxsən rəhbərlik edib. Bu səhra komandirinin Ağdam və Füzulinin işğalında mühüm rolu var. Erməni birləşmələrindən birinə komandanlıq edərək azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə fərqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO