Ermənistan ordusunda MÜƏMMALI ÖLÜMLƏR

Ermənistan ordusunda MÜƏMMALI ÖLÜMLƏR

Hazırda oxunan: Ermənistan ordusunda MÜƏMMALI ÖLÜMLƏR

87613

Ermənistanın N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, sıravi Arşaluys Ovannisyan (1976-cı il təvəllüdlü) avqustun 7-də naməlum şəraitdə ölüb.

Bizim.Media xəbər verirki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Nazirlik onun ölümünün səbəbini açıqlamayıb. Hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib.

Eyni zamanda həmin gün saat 15:30-da Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə (Sevan) gölündə ölüb. Yerli mətbuatın məlumatına görə, o, hərbi qulluqçu imiş. Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Geqarkunik qarnizonunun istintaq şöbəsində cinayət işi başlanıb.
Qeyd edək ki, bu, Ermənistan ordusunda son günlər ərzində ikinci müəmmalı hərbçi ölümüdür. Avqustun 4-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının üzvü, sıravi Atom Arutyunyan da naməlum şəraitdə ölüb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO