Rəsmi Bakının ermənilərə ultimatum mətni AÇIQLANDI: “Getmək vaxtıdır”

Rəsmi Bakının ermənilərə ultimatum mətni AÇIQLANDI: “Getmək vaxtıdır”

Hazırda oxunan: Rəsmi Bakının ermənilərə ultimatum mətni AÇIQLANDI: “Getmək vaxtıdır”

87387

Xankəndidəki separatçı rejimin “prezidenti” Arayik Arutyunyan rəsmi Bakının ultimatum mətnini Zabux kəndində ermənilərin “icma lideri” Andranik Çauşyana göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə Çauşyan jurnalistlərə açıqlamasında bildirib.

O, həmin görüşün detallarını açıqlayıb:

“Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə Arayik Arutyunyanla görüşdüm.  Bizə dedi ki, vəziyyət ciddidir. Azərbaycandan ultimatum gəlib ki, dəhlizi boşaltmalıyıq. Deyiblər ki, “Yol çəkməklə bağlı razılaşma olub, siz orada heç nə etmədiniz. İndi isə getmək vaxtıdır. Qalan hər şey sizin öz probleminizdir”.

Çauşyan jurnalistlərə həmçinin bildirib ki, qondarma rejimin “Ərazi inkişaf naziri” Ayk Xanumyan onlara Zabuxdan çıxmazdan əvvəl evlərini yandırmağı qadağan edib. Deyib ki, “bu, mənasız işdir”.

Xatırladaq ki, bu yaşayış məntəqələrində qeyri-qanuni məskunlaşan Ermənistan vətəndaşları Azərbaycanın tələbi ilə avqustun sonuna kimi Laçın dəhlizini tərk etməli və gələcəkdə Ermənistanla əlaqə saxlamaq üçün alternativ yoldan istifadə etməlidirlər.

Xatırladaq ki, Azərbaycan artıq bir il yarımdır ki, yeni yolun tikintisini davam etdirir və demək olar ki, başa çatdırıb. Ermənistan Kornidzor-Tex alternativ yolunun onlara məxsus hissəsinin tikintisi isə başlamayıb. İlk tikinti texnikası Ermənistanın Kornidzor kəndinə yalnız avqustun 4-də, Azərbaycan qisas əməliyyatına başlayanda gətirilib. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın sözlərinə görə, Kornidzor-Tex yolunun tikintisi 2023-cü ilin yazınadək başa çatacaq.

Bununla bağlı separatçı “nazir” Ayk Xanumyan bildirib ki, tikinti işləri başa çatanadək avtomobillər Tex kəndindən Azərbaycanla sərhədə qədər olan 3 kilometrlik torpaq yolla hərəkət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO