“Bizə şəhəri tərk etməyi tapşırıblar” - Laçındakı ermənilər - VİDEO

“Bizə şəhəri tərk etməyi tapşırıblar” - Laçındakı ermənilər - VİDEO

Hazırda oxunan: “Bizə şəhəri tərk etməyi tapşırıblar” - Laçındakı ermənilər - VİDEO

87165

Laçında yaşayan ermənilər bu ayın sonuna qədər şəhəri tərk etməlidirlər.

Bizim.Media xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bürosuna şəhərdə yaşayan ermənilər bildirib.

Laçında qanunsuz olaraq yaşayan erməni Anna Markaryan qeyd edib ki, bu barədə onlara şəhərin “meri” və “administrasiya rəhbəri” görüş zamanı deyib. Hazırda Zabux kəndində bir qrup erməni tərəfindən aksiya keçirilir.

Laçının Zabux kəndində qanunsuz olaraq məskunlaşan ermənilərə kəndi tərk etmək tapşırılıb. Belə ki, kənd sakini Ayk Xanumyan “Azadlıq” radiosuna bildirib ki, onlara kəndi tərk etmək üçün avqustun 25-dək vaxt verilib:

“Bizə dedilər ki, ruslar gedəcək, azərbaycanlılar gələcək”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO