Paşinyanın sülhməramlılarla bağlı fikirlərinə Lavrovdan CAVAB  

Paşinyanın sülhməramlılarla bağlı fikirlərinə Lavrovdan CAVAB  

Hazırda oxunan: Paşinyanın sülhməramlılarla bağlı fikirlərinə Lavrovdan CAVAB  

87067

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət bildirib. 

Bizim.Media “TASS”-a istinadən xəbər verir ki, nazir məsələ ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib. 

“Mənim üçün bu suala cavab vermək çətindir. Çünki biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik”, - o vurğulayıb. 

Lavrov əlavə edib ki, Ermənistanın əlavə təşəbbüslər irəli sürmək hüququ var. 

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasında deyib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinin dəqiqləşdirilməli olduqlarını bildirmişdi.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO