Paşinyanın blokundan çıxan deputatlar qapalı müzakirə keçirdilər

Paşinyanın blokundan çıxan deputatlar qapalı müzakirə keçirdilər

Hazırda oxunan: Paşinyanın blokundan çıxan deputatlar qapalı müzakirə keçirdilər

8703

Ermənistan parlamentinin müstəqil deputatları Qor Qevorqyan və Sofiya Ovsepyan parlamentdə "Erməni əsirlərinin geri qaytarılması məsələləri" mövzusunda qapalı müzakirə təşkil ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı parlamentin mətbuat xidməti yayıb.

 


MÖVZU İLƏ BAĞLI:

“Ölkədə hökumət yoxdur” - Erməni deputat


Mənbə yazır ki, ombudsman Arman Tatoyan, Xarici İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, hüquq müdafiəçiləri Artak Zeynalyan və Siranuş Saakyan, “Maariflənmiş Ermənistan”ın deputatları Paşinyana məxsus "Mənim addımım" fraksiyasının keçmiş üzvləri tərəfindən təşkil olunan müzakirədə iştirak ediblər.

Əsirlərin geri qaytarılmasının qarşısını alan problemlər müzakirə edilib, bir sıra təkliflər səsləndirilib və gələcək addımlar dəqiqləşdirilib. Birgə işin vacibliyi qeyd edilib.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin müdafiə naziri Hulusi Akar ilə görüşdə bir çox erməni əsgərinin həbs olunduğunu, onların "əsir sayılmadığını" söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO