Kremldən Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

Kremldən Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Kremldən Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

86962

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərə bildirib ki, Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır, onun inkişafını izləyir və tərəfləri təmkinli olmağa çağırır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

“Həqiqətən, biz baş verənləri çox diqqətlə izləyirik, tərəfləri məlum üçtərəfli sənədlərin bütün müddəalarına əməl etməyə çağırırıq”, - deyə Peskov bildirib. 
Onun sözlərinə görə, Rusiya Ermənistanın sülhməramlıların Qarabağdakı işi ilə bağlı suallarına aydınlıq gətirəcək.

“Əsas başlanğıc nöqtəsi olan üçtərəfli sənədlər var. Tərəflər bu sənədlər üzrə götürdükləri bütün öhdəlikləri yerinə yetirməlidir. Suallar varsa, təbii ki, onlara da cavab verilməlidir”, - deyə Peskov TASS-ın sualını cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO