Ermənistandan Laçın dəhlizi ilə bağlı növbəti SƏRSƏM AÇIQLAMA

Ermənistandan Laçın dəhlizi ilə bağlı növbəti SƏRSƏM AÇIQLAMA

Hazırda oxunan: Ermənistandan Laçın dəhlizi ilə bağlı növbəti SƏRSƏM AÇIQLAMA

86789

“Azərbaycanın “Arsax”ı (Xankəndini – red.) Ermənistanla birləşdirən Laçın dəhlizini başqa marşruta dəyişmək tələbi qeyri-legitimdir”.

Bizim.Media “armenpress.am” saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.

O, Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin yaradılması və fəaliyyəti ilə bağlı məsələləri müəyyən edən 2020-ci il üçtərəfli bəyanatının 6-cı bəndini xatırladıb: 

“Tərəflərin razılığı ilə yaxın üç il ərzində Laçın dəhlizi ilə Ermənistanı Qarabağla birləşdirən yeni nəqliyyat magistralının tikintisi planlaşdırılacaq və bunun mühafizəsi Rusiya sülhməramlı kontingentinə tapşırılacaq”.

Onun sözlərinə görə, bu müddət ərzində təbii ki, bu istiqamətdə müəyyən işlər görülüb, lakin hazırda razılaşdırılmış plan yoxdur:

“Ən azından Ermənistan heç bir planla razılaşmayıb, ona görə də Azərbaycanın tələbi qeyri-legitimdir”.

Xatırladaq ki, söhbət Laçın şəhərindən yan keçən yeni 32 kilometrlik yoldan gedir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO