“Paşinyan qatil diktatora çevrilmək istəyir” – Erməni deputat

“Paşinyan qatil diktatora çevrilmək istəyir” – Erməni deputat

Hazırda oxunan: “Paşinyan qatil diktatora çevrilmək istəyir” – Erməni deputat

86559

“Populist (Paşinyan nəzərdə tutulur) qatil diktatora çevrilmək istəyir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook hesabında müxalifətçi deputat, “Daşnaksutyun” partiyasının ali şurasının üzvü  İşxan Saqatelyan yazıb. 

Onun sozlərinə görə, Nikol Paşinyan iqtidarsız avtoritar rejim qurmağa çalışır:

“O, daşnakların nümayəndələrini İrəvana buraxmamaqla Türkiyənin şərtlərini yerinə yetirir”.

Qeyd edək ki, İşxan Saqatelyan Paşinyana məxsus “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki fraksiyasının səs çoxluğu ilə vitse-spiker vəzifəsindən çıxarılıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanla daşnaklar arasında müharibə davam edir. Son məlumatlara görə, Zvartnots hava limanında saxlanılan Avropadakı erməni diasporunun digər lideri, “Daşnaksütyun” partiyasının Niderlanddakı ofisinin rəhbəri Masis Abramyan İrəvana buraxılmayıb.

Əvvəllər özünü Xankəndidə “insan haqları üzrə müvəkkil” kimi təqdim edən Abramyanın vəkili Ruben Melikyan bildirib ki, Abramyan “Daşnaksütyun” partiyasının üzvü olan qızı Sune Abramyanla İrəvan hava limanının neytral zonasında qalıb.

İyulun 13-də Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, qondarma “DQR”in 1994-cü il sərhədləri daxilində tanınması haqqında qətnamənin (Fransa Milli Assambleyası tərəfindən qəbul edilib) müəlliflərindən biri, tanınmış daşnak Murad Papazyan da Zvartnots hava limanından geri qaytarılıb.

Ermənistanın 44 günlük müharibədə təslim olmasından sonra Papazyan başda olmaqla Fransanın erməni diasporu Paşinyana kəskin hücum edərək, onu “satqın” adlandırıb.
Yeri gəlmişkən, 2021-ci ilin iyununda Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində Paşinyan Parisə səfər edərkən Papazyan ona qarşı etiraz aksiyaları təşkil edib. Ermənistan hökuməti iddia edir ki, Paşinyanın kortejinə pomidor və yumurta atılan aksiyanın təşkilatçılarından biri də məhz Papazyan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO