Türkiyə XİN-dən İraqdakı hadisələrlə bağlı BƏYANAT

Türkiyə XİN-dən İraqdakı hadisələrlə bağlı BƏYANAT

Hazırda oxunan: Türkiyə XİN-dən İraqdakı hadisələrlə bağlı BƏYANAT

86547

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İraqdakı hadisələrlə bağlı bəyanat yayıb.

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bəyanatda İraqda baş verən proseslərə zəmin yaradan siyasi qeyri-müəyyənliyin ən qısa zamanda aradan qaldırılacağı, İraq xalqının gözləntiləri əsasında yeni hökumətin qurulacağına əminlik ifadə edilib.

"İraqlıların öz fikirlərini demokratik vasitələrlə ifadə etmək hüququna hörmətlə yanaşırıq. Bu kontekstdə zorakılıqdan qaçmağın və ictimai asayişin qorunmasının vacibliyini vurğulayırıq. Bütün tərəfləri sağlam düşüncə və təmkinlə hərəkət etməyə çağırırıq", - XİN-dən qeyd olunub.

Qeyd edək ki, İraqda şiə din xadimi Müqtəda əs-Sədrin tərəfdarları Baş nazir postuna namizəd Məhəmməd Şiə əs-Sudana etiraz edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO