“Sülh müqaviləsindən sonra Qarabağ və Zəngəzur Azərbaycanın nəzarətinə keçəcək” - Erməni deputat

“Sülh müqaviləsindən sonra Qarabağ və Zəngəzur Azərbaycanın nəzarətinə keçəcək” - Erməni deputat

Hazırda oxunan: “Sülh müqaviləsindən sonra Qarabağ və Zəngəzur Azərbaycanın nəzarətinə keçəcək” - Erməni deputat

86325

“Reallıqda sülh gündəliyi “Arsax”ın (Qarabağdakı qondarma rejim) və Zəngəzur bölgəsinin Azərbaycanın tam nəzarəti altına keçməsini nəzərdə tutur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “news.am” saytına müsahibəsində parlamentin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Qarabağ məsələsini fəal müzakirə etmək lazımdır” bəyanatını şərh edərkən deyib.

Deputatın sözlərinə görə, rəsmi İrəvan Azərbaycanın gündəliyinə uyğun hərəkət edir.

“Siyasi kurs nöqteyi-nəzərindən Ermənistan hakimiyyəti bu cür hərəkət edir: Azərbaycan gündəmi və rəsmi Bakının artan tələbləri var: Ermənistan hakimiyyəti sadəcə olaraq hər addımda bunları yerinə yetirir”, - deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Azərbaycan “Arsax” məsələsini Ermənistan-Azərbaycan danışıqlarının gündəliyindən çıxarmağa çalışır:  “İrəvan isə bu mövzunu Rusiyanın üzərinə qoyur və bəyan edir ki, orada sülhməramlı qüvvələr yerləşdirilib və bu, Rusiyanın məsuliyyət sahəsidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO