“Arayik Arutyunyan Nikolla birlikdə məqsədinə çatdı, statusu heç kim xatırlamır” - “Ermənistanın səsi”

“Arayik Arutyunyan Nikolla birlikdə məqsədinə çatdı, statusu heç kim xatırlamır” - “Ermənistanın səsi”

Hazırda oxunan: “Arayik Arutyunyan Nikolla birlikdə məqsədinə çatdı, statusu heç kim xatırlamır” - “Ermənistanın səsi”

85907

“Xəbər verildiyi kimi, ABŞ dövlət katibi Entoni Blinken İlham Əliyev və Nikol Paşinyanla telefon danışığı aparıb. Daha sonra ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bunları səmimi söhbət adlandırıb.

Dövlət Departamentinin rəsmi açıqlamasına görə, Blinken və prezident İlham Əliyev Azərbaycan və Ermənistan üçün regionda sülhə nail olmaq üçün tarixi fürsəti müzakirə ediblər”.

Bizim.Media xəbər verir ki, bu fikirlər “Ermənistanın səsi” nəşrində yerləşdirilib.  

Mənbə daha sonra yazıb ki, Moskva Blinkenin sülhlə bağlı açıqlamasına ehtiyatla yanaşıb. 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və departament direktorunun müavini İvan Neçayev mövzu ilə bağlı brifinqdə belə deyib:

“İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına gəlincə, Moskva dəfələrlə qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzaladıqları üçtərəfli bəyanatları əsasında müvafiq səylər göstərilməlidir”.
“Qeyri-regional oyunçuların (ABŞ nəzərdə tutulur) yuxarıdakı razılaşmalara uyğun hərəkət etməsinə və onların həyata keçirilməsinə töhfə verməsinə etiraz etmirik. Ancaq unutmasınlar ki, bu prosesdə Rusiyanın aparıcı rolu var.

Lakin iki diplomatın yuxarıda qeyd edilən açıqlamalarında təkcə fikir ayrılıqları yanaşı, ümumi yanaşmalar da üst-üstə düşür. Düzdür, bu ümumi yanaşmalar erməni tərəfinin xeyrinə deyil.

Belə ki, nə Dövlət Departamentinin Blinkenin İlham Əliyevlə danışıqları barədə bəyanatında, nə də Neçayevin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsi ümumiyyətlə yer alır. Bu, təbii ki, rəsmi Bakının yanaşmasıdır. Deyirlər, daha “Dağlıq Qarabağ” problemi yoxdur, Azərbaycanla Ermənistan arasında həll olunmamış bəzi məsələlər var.

Və təbii ki, nə Blinken, nə də Neçayev “Dağlıq Qarabağ”ın statusu kimi mövzuya toxunmur.

Əslində, status məsələsini nə rəsmi İrəvan, nə də Xankəndinin özü qaldırmırsa, niyə bu haqda danışmalıdırlar? 

Hələ 44 günlük müharibədən əvvəl “Arsax” (Qarabağdakı qondarma rejim) “rəhbəri” Arayik Arutyunyan “prezidentliyinin” 100 gününə həsr olunmuş mətbuat konfransında demişdi ki, “Arsax” üçün prioritet status məsələsi deyil, təhlükəsizlik məsələləridir...
Hətta o zaman çoxları belə bir bəyanatın təhlükəli və diplomatik baxımdan uğursuz olduğu barədə xəbərdarlıq edirdi. Acı ironiya ondan ibarətdir ki, Arayik Arutyunyan Nikolla birlikdə öz məqsədinə nail oldu. Status heç kimin yadına düşmür, amma təhlükəsizlik... Yaxşı ki, hələlik Rusiya sülhməramlı kontingenti buna zəmanət verir”, deyə nəşr qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO