“İki əsaslandırmaları var, hər ikisi də ağ yalandlr”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin keçmiş müavini, Respublika partiyasının İcraiyyə Komitəsinin üzvü Artak Zakaryan öz Facebook səhifəsində yazıb.
“Təslim olanlar axmaq tutuquşular kimi davamlı olaraq “Türkiyə ilə münasibətlərdə heç bir ilkin şərt yoxdur” sözlərini təkrarlayırlar.
Türkiyə-Azərbaycan maraqları mövqeyindən çıxış etdikləri üçün bu cür cəfəngiyyatları deməyə haqları var. Türkiyə rəsmiləri daim deyirlər ki, Ermənistan Azərbaycanla problemləri həll etməyincə, Ermənistan-Türkiyə münasibətlərində heç bir irəliləyiş olmayacaq. Yəni azərbaycanlılar Ermənistandan istədiklərini almayana qədər məsələ həll olunmayacaq.
İndi türklərin dedikləri ilkin şərt deyilsə, bəs nədir? Yoxsa bu, erməni soyadlı Nikol (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur) türklərinin arzusudur?
Təslim olanların növbəti yanlış əsaslandırılması ondan ibarətdir ki, guya xalq onlara azərbaycanlılar və türklərlə münasibətləri tənzimləmək üçün mandat verib. Yalan danışırsınız, sizin mandatınızın belə səlahiyyətləri yoxdur.
Çəkici əsdirən şəxsdən (Nikol Paşinyan 2021-ci ilin iyun ayında seçki zamanı çəkiclə Zəngəzurda ictimaiyyət qarşısına çıxmışdı) soruşun. O, (Paşinyan) seçki kampaniyası zamanı Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün ikinci kapitulyasiyaya və alçalmağa hazırlaşdığını deyibmi?
Xalq sizə mandat verməyib ki, dövlətçiliyi alçaldasınız və onu itirəsiniz.
Xainlərin müqəddəs heç nəyi yoxdur. Bu, bir faktdır. Amma ölkəmizdə milyonlarla normal, şüurlu insan var. Xalqın adından növbəti iyrənc xəyanətinizi törətməyə və ört-basdır etməyə cəsarət etməyin. Necə ki, siz ordunun zabitləri və döyüşən uşaqların hesabına yaramaz xəyanətlə “Arsax”ı (Qarabağda qondarma rejim) təslim etdiniz (Azərbaycanın şanlı ordusu o torpaqları qanı və canı hesabına döyüşərək geri alıb) və indi özünüzü təmizə çıxarırsınız”, deyə o, qeyd edib.
Xatırladaq ki, Paşinyan ötən il seçki kampaniyasına çəkic gətirməyini belə izah etmişdi:
“Məxməri” inqilabın vaxtı keçib, indi “polad” inqilabı etməyin zamanıdır”. Həmin vaxt o, səhnəyə çıxaraq özü ilə erməni bayrağının rənglərinə bükülmüş çəkici yelləyib və ona qarşı çıxan bələdiyyə başçılarını nəzərdə tutaraq “bələdiyyələrdə gizlənən paslı mismarları çıxarmaqla” hədələyib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:40 / 27.07.2022
Keçmiş müdafiə nazirinin müavini Paşinyana səsləndi: “Xalq sizə mandat verməyib ki...”
Hazırda oxunan: Keçmiş müdafiə nazirinin müavini Paşinyana səsləndi: “Xalq sizə mandat verməyib ki...”
Hazırda oxunan: Keçmiş müdafiə nazirinin müavini Paşinyana səsləndi: “Xalq sizə mandat verməyib ki...”
85734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.