"Bizim nə fikirlərimiz, nə də məqsədlərimiz var" – Erməni ekspert Paşinyanı günahlandırdı

Hazırda oxunan: "Bizim nə fikirlərimiz, nə də məqsədlərimiz var" – Erməni ekspert Paşinyanı günahlandırdı

8548

“Əgər Paşinyan rejimi uzun müddət hakimiyyətdə qalsa, cəmiyyətin məhv olması prosesi daha sürətlə davam edəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni siyasi analitiki Stepan Danielyan öz “Facebook” səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mikael Minasyan: “Nikolun planına görə indi hər şeyin günahkarı Rusiyadır”


Daha sonra o, sözlərini belə davam edib:

“2018-ci ilə qədər Ermənistanın deqradasiyası gizli gedirdi. Cəmiyyət heç olmasa mənfi proseslərə qarşı mübarizədə həmrəy ola bilirdi. 2018-ci ildən sonra hakimiyyətə gələn qüvvələr bütün qurumları və ənənəvi fikirləri məhv etməyə başladı və cəmiyyətin tənəzzülü sürətləndi. İndi bizi heç bir şey birləşdirmir. Bizim nə fikirlərimiz, nə də məqsədlərimiz var”,- deyə ekspert qeyd edib.

Görünür, Ermənistanda hökm sürən xaos cəmiyyətin həmrəy olmasına da mane olur. Bir cəmiyyətdə ki, merkantil siyasətçilər xalqın rifahını düşünmədən, ölkənin zəifliyindən istifadə edərək hakimiyyəti ələ keçirmək istəyir.

Ermənistan öz revanşist siyasətindən əl çəksə, ölkədə gedən iqtisadi tənəzzüldən bir nəticə çıxara bilər.

Ancaq əfsuslar olsun ki, əsassız torpaq iddiası, səhv proqramlaşdırılmış beyinlər ermənilərə burunların ucunda olan böyük problemləri görməkdə maneə törədir. Belə getsə, Ermənistanı 1929-cu ildə ABŞ-da iqtisadi böhrandan yaranan “Böyük tərəddüd” gözləyir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO