Lavrov: “Xüsusi əməliyyatı davam etdirməyimizi qadağan edəcək heç nə yoxdur” – VİDEO

Lavrov: “Xüsusi əməliyyatı davam etdirməyimizi qadağan edəcək heç nə yoxdur” – VİDEO

Hazırda oxunan: Lavrov: “Xüsusi əməliyyatı davam etdirməyimizi qadağan edəcək heç nə yoxdur” – VİDEO

85384

“Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixracına dair İstanbulda əldə edilmiş razılaşmalar Rusiyanın Ukraynada “xüsusi əməliyyatını” davam etdirməsinə mane olmur”.

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.

O, taxıl anbarının olduğu Odessa limanına zərbə endirən Rusiya ordusunun hərəkətlərini belə şərh edib.

Yüksək dəqiqlikli zərbələrin endirildiyi hədəflərə gəlincə, nazir qeyd edib ki, onlar Odessa limanının hərbi hissəsində yerləşirlər.

Xatırladaq ki, iyulun 22-də Rusiya və Ukrayna BMT və Türkiyənin yardımı ilə taxıl ixracı ilə bağlı iki saziş imzalayıb. Sənədin Ukrayna variantında tərəflərin liman obyektlərinə hücum etməyəcəyi yer alıb.
Ertəsi gün, iyulun 23-də Rusiya Odessa limanını atəşə tutub. Əvvəlcə Ukrayna hakimiyyəti limanın taxılın yerləşdiyi hissəsinin atəşə tutulduğunu bildirsə də, sonradan taxıl anbarının zədələnmədiyini bildirib. 

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, hərbçilər limandakı gəmiqayırma zavoduna hücum edərək Ukraynaya məxsus hərbi gəmini, həmçinin gəmi əleyhinə “Harpoon” raket anbarını məhv ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO