Putin Tehranda soyuqlamasının səbəbini açıqladı - VİDEO

Putin Tehranda soyuqlamasının səbəbini açıqladı - VİDEO

Hazırda oxunan: Putin Tehranda soyuqlamasının səbəbini açıqladı - VİDEO

85358

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isti günlərdə Vladimir Putinin kondisionerlərin altında soyuqlama riskinin olmaması üçün hansı tədbirlərin görüldüyünü deyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

“Biz otaqlardakı kondisionerləri daha diqqətlə tənzimləyirik, “skvoznyaklar”dan isə  qaçırıq”, - deyə o, jurnalistlərin suallarını cavablandırıb.
Onun fikrincə, dövlət başçısının İrana səfəri zamanı belə bir vəziyyətin yaranmaması üçün hazırda tədbirlər görülür.

Xatırladaq ki, Putin Tehran səfərindən bir gün sonra Strateji Təşəbbüslər Agentliyinin tədbirində çıxışı zamanı öskürüb. Və bunun səbəbini zalda əyləşənlərə belə izah edib: “İran paytaxtında havanın temperaturu 38 dərəcə idi. Buna görə də kondisioner dayanmadan işləyirdi və bir az soyuqladım”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO