Miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edir – İSTİQAMƏT POLŞADIR

Miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edir – İSTİQAMƏT POLŞADIR

Hazırda oxunan: Miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edir – İSTİQAMƏT POLŞADIR

85285

Bu ilin birinci rübündə Tacikistandan 60, Özbəkistandan isə 133 min miqrant Rusiyadan vətənlərinə gedib. Bu cür məlumatları “Gremi Personal” beynəlxalq məşğulluq agentliyinin analitik mərkəzi təqdim edir.

Bizim.Media xatırladır ki, “Gremi Personal” Polşada postsovet ölkələrindən olan vətəndaşların məşğulluğuna görə ilk üçlüyə daxildir. 

Bundan əlavə, Dünya Bankının proqnozlarına görə, Mərkəzi Asiya ölkələrinin ÜDM-nin 30%-ni təşkil edən Rusiyadan (Qazaxıstan 17%, Özbəkistan 21%, Tacikistan 22% və Qırğızıstan 33% ) pul köçürmələrinin həcmi bu il kəskin azalacaq.
İş yerləri təxminən 2 milyon nəfər azala və miqrantlar arasında işsizlik 4,4%-dən 7,8%-ə yüksələ bilər.

Bu, ona görədir ki, Mərkəzi Asiya vətəndaşları Polşada işləməyə daha çox maraq göstərirlər. Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Polşada işə qəbula görə edilən müraciətlərin sayı 30% artıb.

Mövcud vəziyyətlə əlaqədar olaraq Polşa Mərkəzi Asiyalıların əmək miqrasiyası üçün yeni istiqamət ola bilər.

Miqrantlar Rusiyada işləməyə öyrəşdikləri eyni sektorlarda iş yeri tapa bilərlər: tikinti, nəqliyyat, kənd təsərrüfatı, xidmətlər, həmçinin qida emalı, elektronika və logistika.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Rusiyada 4 milyona yaxın bu ölkələrin vətəndaşları çalışır: 1 milyon Tacikistan, 1 milyon Qırğızıstan, 2 milyona yaxın Özbəkistan və 200 min Qazaxıstan. Onlar əsasən tikinti, nəqliyyat, kənd təsərrüfatı və xidmət sektorunda çalışırlar.
"Eyni zamanda, Rusiyadan fərqli olaraq, Polşada iqtisadi miqrasiya bazarı ciddi şəkildə Polşa qanunları ilə tənzimlənir", - agentlik bildirir.

Rusiyada işləyən miqrantların pul köçürmələri Mərkəzi Asiya ölkələrinin ÜDM-nin 30%-ə qədərini təşkil edib. 

2022-ci ilin əvvəlinə 2502 Özbəkistan, 2343 Qazaxıstan, 566 Qırğızıstan, 528 Tacikistan və 453 Türkmənistan vətəndaşı Polşanın Sosial Sığorta Fondunda qeydiyyatdan keçib.
Bu ilin mart ayının sonuna onların sayı artıb. İndi qeydiyyatda olan Özbəkistanın 2852, Qazaxıstanın 2587, Qırğızıstanın 763, Türkmənistanın 616 və Tacikistanın 605 vətəndaşı var.

Bu ilin may ayında Polşanın “Rzeczpospolita” nəşri qeyd edib ki, proqnozlara görə, yüz minlərlə ukraynalı mövsümi iş üçün Polşaya gəlməyəcək. Ona görə də onları Mərkəzi Asiyadan, ilk növbədə Qazaxıstan və Özbəkistandan gələn işçilər əvəz edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO