Moskva Zaporojye və Xerson vilayətlərində BU TARİXDƏ referendum keçirəcək

Moskva Zaporojye və Xerson vilayətlərində BU TARİXDƏ referendum keçirəcək

Hazırda oxunan: Moskva Zaporojye və Xerson vilayətlərində BU TARİXDƏ referendum keçirəcək

85255

Rus ordusu tərəfindən işğal edilən Zaporojye vilayət administrasiyasının baş şurasının üzvü Vladimir Roqov hesab edir ki, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil olması ilə bağlı referendumlar eyni gündə keçirilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Roqov RİA Novosti-yə şərhində danışıb.

Mənbə yazır ki, bundan əvvəl Xerson və Zaporojye vilayətlərinin administrasiyaları Rusiyanın tərkibinə daxil olmaq məsələsi üzrə seçkilərin və referendumun keçirilməsi üçün bölgədə seçki komissiyalarının yaradıldığını elan etmişdilər.
Hər iki bölgənin qondarma “hakimiyyət orqanları” referendumun 2022-ci ilin payızında keçiriləcəyini də bildiriblər.

Roqov aydınlaşdırıb ki, regionda referendum, çox güman ki, sentyabrın birinci yarısında baş tutacaq.

"Düşünürəm ki, bunun eyni gündə keçirilməsi yaxşı olar. Bəli, bu, kifayət qədər real və ən yaxşı variantdır. Hər şey təhlükəsizlik məsələlərindən asılı olacaq. Biz bununla bağlı xersonlu həmkarlarımızla məsləhətləşmələr aparırıq, çünki eyni cəbhədəyik”, deyə, o, qeyd edib.
Xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri Xerson vilayətini və Zaporojye vilayətinin Azov hissəsini nəzarətə götürüb.

Hər iki bölgədə yeni administrasiyalar formalaşdırılıb, Rusiya telekanalları və radioları yayımlanır, Krımla ticarət əlaqələri bərpa olunur. Regionlar Rusiyanın bir hissəsi olmaq planlarını açıqlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO