“Ermənistanın qonşulara heç bir ərazi iddiası yoxdur” – Erməni spiker

“Ermənistanın qonşulara heç bir ərazi iddiası yoxdur” – Erməni spiker

Hazırda oxunan: “Ermənistanın qonşulara heç bir ərazi iddiası yoxdur” – Erməni spiker

84612

“Ermənistan Respublikasının qonşularına heç bir ərazi iddiası yoxdur”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikri çərşənbə günü Ermənistan parlamentinin sədri Alen Simonyan Almaniya Bundestaqının vitse-spikeri Ketrin Görinq-Ekkardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib.

Görüş zamanı “müharibədən sonrakı vəziyyət, regionda uzunmüddətli sülhün bərqərar olunması məsələləri” müzakirə olunub.

Spiker qeyd edib ki, Ermənistan regionda sülh dövrünün açılması gündəmini irəli sürür, regional infrastrukturların və nəqliyyat kommunikasiyalarının qarşısının alınması, habelə sərhədlərin demarkasiyası və təhlükəsizliyinin təmin edilməsi üçün səylər göstərir. O vurğulayıb ki, Ermənistanın qonşularına heç bir ərazi iddiası yoxdur.

Alman həmkarı qeyd edib ki, o, regionda baş verən hadisələri diqqətlə izləyir:

“Sülh danışıqları münaqişələrin həlli üçün effektiv yoldur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO