“Qarabağda erməni ordusunun bölmələri yoxdur” - Melik-Şahnazaryandan sərsəm AÇIQLAMA

“Qarabağda erməni ordusunun bölmələri yoxdur” - Melik-Şahnazaryandan sərsəm AÇIQLAMA

Hazırda oxunan: “Qarabağda erməni ordusunun bölmələri yoxdur” - Melik-Şahnazaryandan sərsəm AÇIQLAMA

84610

“İyulun 16-da Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 3 saata yaxın davam edən görüşü baş tutub. İki ölkənin xarici işlər nazirlikləri tərəfindən yayılan oxşar bəyanat tərəflərin real razılaşmalar barədə susduğunu deməyə əsas verir.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Voskanapat” analitik mərkəzinin rəhbəri, erməni politoloq Qrant Melik-Şahnazaryan yazıb.

“İyulun 19-da isə Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan etdi ki, “müharibə ilə əlaqədar “Arsax”a (Qarabağdakı qondarma rejim) daxil olan Ermənistan silahlı qüvvələrinin bölmələri geri qayıdır.

Amma məndə olan məlumata görə, “Arsax”da Ermənistan Silahlı Qüvvələrinin bölmələri yoxdur.

Çağırışçıların tərxis olunması isə siyasi bəyanat üçün əsas deyil. Deməli, müzakirə olunan mövzu qat-qat ciddidir. Məqsəd yalnız “Arsax”ın tərksilah edilməsindən gedir.
Əminəm ki, “Ermənistan Silahlı Qüvvələrinin bölmələri” deyəndə “Arsax”da yerləşən hərbi texnika nəzərdə tutulur və onların çıxarılması Azərbaycan tərəfinin çoxdan irəli sürdüyü tələblərdən biridir”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO