Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə mühəndis-texniki və tikinti işlərinin aparılmasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı haqqin.az saytı yayıb.
Moskva sazişinə zidd olan bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Azərbaycan silahlı qüvvələrinin bölmələri xəbərdarlıq atəşi açıb, o cümlədən Rusiya sülhməramlıları kontingentinin komandanlığına məlumat verilib. Bir saat sonra hadisə yerinə bir qrup sülhməramlı gəlib.
MÖVZU İLƏ BAĞLI:
Rəsmi Bakının təzyiqlərilə Ermənistan geri çəkildi
Lakin Rusiya sülhməramlıları Ermənistan silahlı qüvvələrinin qanunsuz fəaliyyətini dayandırmaq və aparılan işləri dayandırmaq əvəzinə, əksinə, erməni quldur dəstələrinin təhlükəsizliyini təmin edərək, gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar.
Xatırladaq ki, prezident İlham Əliyev son müşavirədə Rusiyanın Ermənistan ordusunun bölmələrini beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindən çıxarmağı öhdəsinə götürdüyünü, lakin sonradan üzərinə düşən öhdəliyi pozduğunu bildirmişdi.
Aydındır ki, Rusiya sülhməramlı kontingenti nəinki yaranmış problemin həlli üçün səy göstərmir, əksinə, öz hərəkətləri ilə yaranmış gərginliyi daha da gücləndirir.
Bizim.Media